1 noyabr 2012 00:23
Yığmamızın üzvü Ankaragücü ilə oyuna hazırlaşır (FOTO)
Türkiyənin “Adana Demirspor” klubu PTT Birinci Liqanın növbəti turu çərçivəsində keçiriləcək “Ankaragücü” ilə oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma bazar günü keçiriləcək.
“Adana Demirspor”un şərəfini qoruyan futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da hazırlıqlarda yaxından iştirak edir. Növbəti görüşdə onun da meydana çıxması istisna deyil.
