1 noyabr 2012 15:53
“Neftçiylə oyuna sakit başla hazırlaşıb, rəqibdən necə xal almağın yollarını düşünəcəyik”
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk növbədə “Neftçi”yə Avropa Liqasındakı qalan oyunlarında uğurlar arzulayıram. Xüsusilə də qarşıdan gələn Rusiya “Rubin”i ilə ev oyununda. Axı onlar bizim avrokuboklardakı yeganə təmsilçimizdi. Bu komanda ilə öz oyunumuza gəlincə, ilk dövrədə onlara 0:3 hesabıyla uduzmuşduq. Revanş barədə düşünmürük. Sadəcə, bu oyuna sakit başla hazırlaşıb, rəqibdən necə xal almağın yollarını düşünəcəyik”.