1 noyabr 2012 16:04
Rail Məlikov: Yeni baş məşqçinin gəlişi mənə problem yaratmayacaq
Türkiyənin “Denizlispor” klubu baş məşqçisini dəyişib. Azerisport.az xəbər verir ki, mövsümün əvvəlindən bu komandanı çalışdıran Engin İpekoğlu istefaya göndərilib.
Artıq rəhbərlik yeni baş məşqçi ilə də anlaşıb. Bundan sonra sözügedən komandanı Selaheddin Dervend çalışdıracaq.
Qeyd edək ki, “Denizlispor”da futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov da çıxış edir. O, saytımıza müsahibəsində baş məşqçi dəyişikliyinə münasibətini açıqlayıb:
“Baş məşqçi dəyişikliyi gözlənilməz alındı. Yəqin ki, rəhbərlik komandanın çıxışından narazı qalıb. Dervendi yaxşı xatırlayıram. O, vaxtilə Naci Şensoyun “Turan”da baş məşqçiliyi dövründə köməkçi kimi çalışırdı. “Bakı”nın heyətində onun komandasına qarşı oynamışam da. Dervendin təyinatı mənim üçün problem yaratmayacaq. Ümid edirəm ki, əsas heyətdəki yerimi qoruya biləcəyəm”.