1 noyabr 2012 16:37
Yunis Hüseynov: İstefam son nəticələrlə əlaqədar deyil
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov istefası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim “Xəzər Lənkəran”dan gedişim komandanın son nəticələri ilə bağlı deyil. “Sumqayıt”la heç-heçənin istefamda heç bir rolu olmadı. Biz sadəcə rəhbərliklə görüş keçirdik, birinci dövrəni müzakirə etdik. Sonda da belə qərara gəldik ki, əməkdaşlığımıza son qoymalıyıq”.