1 noyabr 2012 17:37
Qarabağın zədəliləri sıraya dönür
“Qarabağ” AZAL-la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bazar günü Premyer Liqanın 12-ci turunda “təyyarəçilər”i qəbul edəcək komanda bu gün 12:00-da Suraxanı qəsəbə stadionunda məşq keçib.
Ötən oyunda heyətlə bağlı ciddi problemlər yaşayan “Qarabağ” AZAL-la oyun üçün heyətini genişləndirib. Belə ki, uzun müddətdi komandadan ayrı düşən Əfran İsmayılov kollektivlə məşqlərə başlayıb. Rəşad Sadıqov isə xüsusi nəzarət altında fərdi məşqlər yerinə yetirir. Cəzasını başa vuran Maksim Medvedev sıraya geri dönüb. Türkiyədə əməliyyat olunan Ansi Aqolli isə artıq Bakıdadı. Alban müdafiəçi AZAL-la oyuna yetişməsə də, növbəti turda meydana çıxma ehtimalı yüksəkdi.
Qeyd edək ki, “Qarabağ” - AZAL noyabrın 4-də saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
