1 noyabr 2012 17:55
Yığmamızın Şimali İrlandiya ilə oyununu qalmaqallı hakim idarə edəcək (VİDEO)
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu ukraynalı Viktor Şvetsovun idarə edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu referi ölkəsində qalmaqallı hakimlərdən biri sayılır. Məsələ burasındadı ki, o, bu il “Sevastopol” və Zaporojye “Metallurg”u arasında keçirilən çempionat oyununda meydan sahiblərinin oyunçusunun əllə vurduğu qolu sayıb.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 14-də, Belfast şəhərində keçiriləcək.
