1 noyabr 2012 18:07
Bu gün Neftçidə klubdaxili iclas keçiriləcək
Bu gün “Neftçi”də klubdaxili iclas keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantıda klubun prezidenti Sadıq Sadıqov da iştirak edəcək.
Hansı ki, o, xeyli müddət idi komandanın yanında deyildi. Toplantının əsas müzakirə mövzularından biri bu yaxınlarda yayılan istefa xəbərləridi. Belə ki, məşqçilər korpusu fəaliyyətini davam etdirsə də, vitse-prezident Tahir Süleymanovun fəaliyyətinə son vermək istədiyi bildirilir. Lakin Sadıqovun onun bu istəyini qəbul edib-etməyəcəyi bilinmir.
Maraq üçün qeyd edək ki, Tahir Süleymanov istefa versə, onu Futzal Federasiyasının prezidenti Zaur Axundovun əvəzləməsi gözlənilir.
