1 noyabr 2012 11:08

Topaz Premyer Liqasının cari mövsümündə ilk dəfə!

Topaz Premyer Liqasında 9-cu turun oyunları qapıçılar üçün uğursuz alınıb. Azerisport.az xəbər verir ki, birinci dövrənin son turunda 12 klubdan hamısı qol sevinci yaşayıb.
 
Bu isə o deməkdi ki, heç bir qapıçı qapısını toxunulmaz saxlaya bilməyib. Hər komandanın qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır. Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu ilk turda yaşanmışdı. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə salındığından yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12 klubunun hamısının fərqlənməsinə isə mövsümdə ilk dəfə məhz 11-ci turda təsadüf olundu.
 
12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa da təsir edib. Turun 6 qarşılaşmasında 19 qol vurulub. Bununla da 3-cü və 5-ci turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub.
 
Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12 komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Belə ki, cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması ilə əlamətdar olmuşdu. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə 3,17-yə bərabər olub.
 

Tur

Oyun

Qol

Orta
məhsuldarlıq

1

5

13

2,60

2

6

11

1,83

3

6

17

2,83

4

4

14

3,50

5

6

17

2,83

6

5

13

2,60

7

5

7

1,40

8

6

10

1,67

9

6

12

2.00

10

6

7

1,17

11

6

19

3,17

Cəmi

62*

142*

2,29


* - 2 qolun vurulduğu daha 1 oyun təxirə salınıb sonradan keçirildiyindən heç bir tura daxil edilməyib.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.