1 noyabr 2012 11:24

Vüqar Nadirov: Qarabağda ehtiyat qüvvə zəifdi

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 11-ci turunun “Qəbələ” ilə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ” ardıcıl ikinci məğlubiyyətlə üzləşdi. Komandanızda nə baş verir?
- Hazırda uğursuzluq zolağındayıq. Bizdə heç nə alınmır. Üç dəqiqəyə iki qol buraxdıq. İlk qolda qapıçının səhvi vardı. İkincidə isə diqqətsiz oynadıq.
 
- İkinci hissədə ayılsaz da, gec oldu...
- Başqa nə etmək olardı ki? Matçı xilas etmək istəyirdik. Amma bu, alınmadı. “Qarabağ” hər oyunda daha çox qol vurmağa layiqdi. Sadəcə, yenə yaratdığımız çoxsaylı qol epizodlarından yararlana bilmirik.
 
- Bunun səbəbi nədi?
- Zədəli futbolçuların yoxluğu oyunumuza təsirsiz ötüşmür. Layiqli əvəzedicilər çox azdı. Biz hazırda Əfran İsmayılovsuz, Rəşad Sadıqovsuz, Maksim Medvedevsiz oynayırıq. Onlar isə komandanın özəyi hesab olunurlar. Amma biz ötən mövsümə də çox piş başlamışdıq. Sonradan özümüzə gəldik.

- Amma sonda avrokuboklarsız qaldınız...
- Ümid edirəm ki, bu, yeni mövsümdə təkrarlanmayacaq.
 
- Qurban Qurbanov bəzi yetirmələrinin meydana motivasiyasız çıxdığını deyir. Baş məşqçi bununla nəyi nəzərdə tutur?
- O, “Qarabağ”ın problemlərini hamıdan yaxşı bilir. Eyni zamanda komandanın nəticələrinin yaxşılaşması üçün əlindən gələni edir. Mən baş məşqçinin sözlərini şərh edə bilmərəm. Amma futbolçuların qələbə qazanmaq istədiyinə əminəm.
 
- Növbəti turda sizi AZAL-la oyun gözləyir...
- Biz çox güclü komanda ilə oynamalıyıq. Vaqif Sadıqov əla komanda formalaşdırıb. Çempionatın ən yaxşı bombardiri olan Nildo da bu komandada çıxış edir. Fikrimcə, biz bu komandanı məğlub edə bilsək, yaxşı qələbə seriyası yaxalaya bilərik.
 
- “İnter” və “Simurq”un liderliyi sizin üçün nə dərəcədə gözləniləndi?
- “İnter” mövsümə yaxşı başlayıb. Onlar çempionluq uğrundakı əsas rəqiblərinin də bəzisini məğlub etdilər. Amma əsas oyunlar hələ qarşıdadı.
 
- “İnter”in prezidenti Georgi Nikolov bəyan edib ki, “Qarabağ”ın oyunlarına 1000 azarkeş toplaşmadığı halda, xalq komandası sayılmamalıdı...
- “Qarabağ”ın azarkeşləri var. Amma stadiona heç kim gəlmək istəmir. Nikolovun da sözündə həqiqət var. Oyunlarımıza həqiqətən az azarkeş gəlir. Stadion dolu olanda futbolçu da özünə məsuliyyət hiss edir, daha yaxşı oynamağa çalışır. Bu baxımdan Azərbaycan Avropadan çox geri qalır. İnsanların o qədər sosial problemlər var ki. Bu üzdən stadiona da gedə bilmirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.