1 noyabr 2012 11:43
Xəzər Lənkəranda 11 aya üç baş məşqçi dəyişikliyi
Yunis Hüseynovun gedişi “Xəzər Lənkəran”da son 11 ayda üçüncü baş məşqçi istefası oldu. Azerisport.az xəbər verir ki, Lənkəran klubu ötən ilin dekabr ayında Mirça Redniklə yollarını ayırmışdı.
Məhz rumıniyalı mütəxəssisin əvəzində baş məşqçi postuna gətirilən Cüneyt Biçər isə ötən mövsümün sonlarında komandadan ayrıldı. Türkiyəli mütəxəssisi isə Yunis Hüseynov əvəzləmişdi.
Bütövlükdə, 2004-cü ildən etibarən “Xəzər Lənkəran”ın sükanı arxasında doqquz mütəxəssis olub.
