1 noyabr 2012 00:02
AFFA rəsmiləri UEFA-nın mətbuatla bağlı seminarında
Noyabrın 1-də və 2-də Avstriyanın paytaxtı Vyanada UEFA-nın mətbuatla bağlı seminarı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, tədbirdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və həmin departamentin əməkdaşı Ülviyyə Nəcəfova iştirak edəcəklər.
