1 noyabr 2012 00:07

İkinci dövrəyə yeni liderlə!

Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, 11-ci turun iki qarşılaşması ilk, qalanı isə ikinci oyun günündə baş tutacaq.
 
Hesabat turunun açılış matçında “İnter” “Kəpəz”i qəbul etdi. Turnir cədvəlinin son pilləsində qərarlaşan Gəncə klubu ilə görüşün favoriti məhz “bankirlər” hesab olunurdular. Buna baxmayaraq, hesabı qonaqlar açdılar. Lakin ruhdan düşməyən paytaxt təmsilçisi özündə güc tapa və sonda əzmkar qələbə qazanmağı bacardı. Bu qələbə Kaxaber Tsxadadzenin komandasını həm də lider etdi. Çünki bu tura qədər liderlik edən “Simurq” növbəti məğlubiyyətlə üzləşdi.
 
Zaqatala klubu səfərdə “Neftçi” ilə üz-üzə gəldi. Georgi Çixradzenin yetirmələri son oyunlardakı xal itkilərindən sonra ölkə çempionunu məğlub etməklə özünə gəlməyi hədəfləmişdi. Böyükağa Hacıyevin komandası isə son turda “Rəvan”a gözlənilməzdən məğlub olduğundan doğma azarkeşlərinin gözü qarşısında bəraət qazanmaq istəyindəydi. Son çempion istəyinə nail ola bildi. Nikolas Kanalesin ardıcıl iki qolu paytaxt təmsilçisinə mühüm qələbə qazandırdı. Zaqatalalıların gücü isə sadəcə buraxılan qollardan birinin əvəzini çıxmağa çatdı. Beləcə, “Simurq” Premyer Liqanın liderliyini “İnter”ə təhvil vermək məcburiyyətində qaldı. Amma bu komandaların xalları bərabərdi.
 
Uğursuzluq zolağından heç cür çıxa bilməyən “Bakı” bu tur səfərdə AZAL-la üz-üzə gəldi. Geridə qalan turlarda cəmi 1 qələbə qazanan Bojidar Bandoviçin yetirmələri nəhayət uğursuz gedişata son qoymaq iddiasındaydı. Oyunda hesabı da məhz “zolaqlılar” açdılar. Amma meydan sahibləri buraxılan erkən qoldan “sınmadılar”. Əksinə, qalan dəqiqələrdə iki qol vuran “təyyarəçilər” əzmkar qələbə qazandılar. Bu, Vaqif Sadıqovun komandasının son uğursuzluqları unutdurması üçün yetərli oldu. “Bakı” isə heç vəchlə uğursuz zolaqdan qurtula bilmir.
 
Son turda “Qarabağ”ı məğlub etməklə az da olsa, özünə gələn “Xəzər Lənkəran” bu tur səfərdə “Sumqayıt”ın qonağı oldu. “Ağ-yaşıllar” uğurlu çıxışın davamını gətirmək istəyindəydilər. Amma sumqayıtlılar da bu mövsüm favoritlər üçün əsl başağrısına çevrilib. Bernard Raabın komandasını bu statusunu Yunis Hüseynovlu “Xəzər Lənkəran”la görüşdə də təsdiqlədi. Qarşılaşmada hesabı məhz meydan sahibləri açdılar. Lakin cənublular sonda məğlubiyyətdən xilas olmağı bacardılar və səfərdən 1 xalla qayıtdılar. Beləcə, bu mövsüm “Neftçi” və “Bakı”nı məğlub edən sumqayıtlılar bu turda da “Xəzər Lənkəran”ı büdrətməyi bacardılar.
 
Son turda məhz “Xəzər Lənkəran”a məğlub olmuş “Qarabağ” bu dəfə “Qəbələ”ni qəbul etdi. Qurban Qurbanovun yetirmələri son uğursuzluqları unutdurmaq üçün mütləq qələbə qazanmağı hədələmişdi. Amma ağdamlıların bu istəyi yenə baş tutmadı. İlk yarıda iki dəqiqəyə 2 qol buraxan meydan sahibləri sonda məğlubiyyətlə üzləşdilər. Mövsümə çox yaxşı başlamasına rəğmən, “Qarabağ” getdikcə vəziyyətini pisləşdirir. “Qəbələ” isə bu qələbə sayəsində son turdakı “Turan” məğlubiyyətini unutdurmağa nail oldu.
 
Yeri gəlmişkən, son turda məhz “Qəbələ” üzərində qələbə qazanmaqla növbəti sürprizə imza atan “Turan” bu dəfə “Rəvan”la üz-üzə gəldi. Görüş meydan sahibləri üçün daha yaxşı başladı. Lakin Əfqan Talıbovun yetirmələri matçın sonlarında gözlənilmədən üstünlüyü əldən verdi. Nemanya Vidakoviçin dublu “Rəvan”ı önə keçirdi. Amma Kemal Alispahiçin komandası da qələbə qazana bilmədi. Son saniyələrdə vurulan qol Tovuz klubuna 1 xal qazandırdı.
 
Bu turun oyunları ilə Premyer Liqanın cari mövsümündə birinci dövrəyə yekun vuruldu. Düzdü, bəzi qarşılaşmalar təxirə salınıb. Həmin görüşlər isə dekabr ayında baş tutacaq.
 
Topaz Premyer Liqası
11-ci tur
31 oktyabr (çərşənbə)
 
İNTER – KƏPƏZ - 3:1 (2:1)
Qollar: E.Əzizov, 5 (0:1), İ.Niasse, 39 (1:1), İ.Niasse, 45 (2:1), B.Tsxadadze, 55 (3:1).
Sarı vərəqələr: Ruslan Cəfərov, 14 (qeyri-idman hərəkəti), Slavço Georgiyevski, 31 (qeyri-idman hərəkəti), Brüs Abdulaye, 57 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
AFFA nümayəndəsi:  Məmmədəli Məmmədov.
Hakim-inspektor:  Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 oktyabr 2012. Bakı. “Şəfa” stadionu. 700 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev (21. Arif Daşdəmirov, 76), 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (77. Ramil Mansurov, 74), 29. Ruslan Cəfərov (4. Valeri Abramidze, 85).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 9. Daniel Genov, 17. Aleksandr Qross, 23. Tales Şütz.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Kəpəz: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov (8. Elvin Həsənəliyev, 39), 10. Armand Feutçin, 13. Emin İmaməliyev (20. Emin Əliyev, 10), 15. Şahin Kərimov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 30. Yuri Fomenko, 88. Bujamin Asani (11. Ziyabil Məmmədov, 75).
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 3. Təbriz Hüseynli, 18. Nikolay Svekentsev, 33. Coşqun Süleymanov.
Baş məşqçi: Mahmud Qurbanov.
 
AZAL – BAKI - 2:1 (1:1)
Qollar: L.M.Horvat, 10 (0:1), V.İbekoyi, 39 (1:1), F.Nildo, 76 (2:1).
Sarı vərəqələr: Etibar Şahmərdanov, 88 (hakimin qərarına etiraz), Amil Ağacanov, 90 (oyunun bərpasını gecikdirdiyinə görə) - Denis İvanov, 15 (qeyri-idman hərəkəti), Lukas mario Horvat, 64 (qeyri-idman hərəkəti), Şəhriyar Əliyev, 66 (qeyri-idman hərəkəti), Xavier Junior, 69 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Anar Salmanov.
AFFA nümayəndəsi:  Rauf Əmirov.
Hakim-inspektor:  Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 oktyabr 2012. Bakı. AZAL Arena. 2000 tamaşaçı.
AZAL: 1. Amil Ağacanov, 20. Branislav Arseniyeviç, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (15. Oskar Klyava, 90), 7. Cavid Tağıyev (26. Etibar Şahmərdanov, 81), 17. Viktor İbekoyi, 28. Artur Patraş (19. Orxan Səfiyaroğlu, 74), 11. Zohair Benuahi, 16. Franko Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 10. Tərlan Xəlilov, 8. Elman Taqayev.
Baş məşqçi: Vaqif Sadıqov.
Bakı: 82. Edin Nuredinoski, 3. Denis İvanov, 10. Lukas Mario Horvat (6. İbrahim Karqbo, 75), 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 26. Leandro Beçerra (8. Xavyer Junior Vilson, 55), 29. Əziz Quliyev, 77. Aleksandar Soliç (19. Nurlan Novruzov, 62).
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 2. Edemir Rodriqes, 17. Ramazan Abbasov, 21. Novruz Məmmədov.
Baş məşqçi: Bojidar Bandoviç.
 
SUMQAYIT – XƏZƏR LƏNKƏRAN - 1:1 (0:0)
Qollar: A.Hacıyev, 56 (1:0), K.Kazımlı, 75 (1:1)
Sarı vərəqələr: Pərdis Fərcad Azad, 69 (qeyri-idman hərəkəti), Uğur Pamuk, 74 (oyunun bərpasını gecikdirdiyi üçün), Məhəmməd Mirzəbəyov, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Namiq Hüseynov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 oktyabr 2012. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1800 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad (6. Tamer Taktak, 81), 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev
(11. Sabir Allahquliyev, 63), 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 90+2).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 25. Aydın Qasımov, 50. Murad Hüseynov.
Baş məşqçi: Bernard Raab.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 3. Vanderson Skarduelli, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dimitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov (17. Kazım Kazımlı, 54), 16. Adrian Pit (99. Beto, 70), 21. Radomir Todorov, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 4. Akif Tağıyev, 28. Anar Babazadə, 35. Elvin Mirzəyev.
Baş məşqçi: Yunis Hüseynov.
 
NEFTÇİ – SİMURQ - 2:1 (2:0)
Qollar: N.Kanales, 7-pen. (1:0), N.Kanales, 33 (2:0), R.Poladov,48 (2:1).
Sarı vərəqələr: Araz Abdullayev, 31 (qeyri-idman hərəkəti), Bruno Bertuççi, 45+1 (qeyri-idman hərəkəti), Emin Mehdiyev, 66 (qeyri-idman hərəkəti) - Mario Bojiç, 27 (qeyri-idman hərəkəti), İlkin Qırtımov, 50 (qeyri-idman hərəkəti), Rasim Ramaldanov, 72 (simulyasiya), David Petrkeviç, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi:  Vaqif Davudov.
Hakim-inspektor:  Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 oktyabr 2012. İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 6. Rəşad Sadiqov (k), 5. İqor Mitreski, 9. Flavinyo (19. Mirhüseyn Seyidov, 85), 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev (10. Julius Vobay, 71), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 21. Kamil Nurəhmədov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov (79. Nenad Stoyanoviç, 68), 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera (8. Qərib İbrahimov, 78), 7. Ruslan Poladov, 9. Marçin Burhard (15. Stepan Polyak, 60), 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
 
TURAN – RƏVAN - 2:2 (1:0)
Qollar: M.Ağakişiyev, 24 (1:0), N.Vidakoviç, 76 (1:1), N.Vidakoviç, 80 (1:2), A.Kurstkeviç, 90+4 (2:2)
Sarı vərəqələr: Fərid Quliyev, 39 (simulyasiya), İrakli Beraya, 66 (qeyri-idman hərəkəti) - Nuran Qurbanov, 24 (qeyri-idman hərəkəti), Samuel Barlay, 49 (qeyri-idman hərəkəti), Davud Kərimi, 82 (qeyri-idman hərəkəti), Xuan Manuel Varea, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Munis Abdullayev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Fazil Mürşüdov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
31 oktyabr 2012. Tovuz. Şəhər stadionu. 4000 tamaşaçı.
Turan: 28. Andrey Popoviç, 5. Fərid Quliyev (23. İrakli Beraya, 46), 6. Mikayıl Rəhimov (25. Nuqzar Kvirtiya, 71), 7. Azər Məmmədov, 9. Murad Ağakişiyev, 10. Hafiz Əliyev (k) (19. Asəf Qədiri, 46), 13. Marius Kazlauskas, 14. Ender Günlü, 22. Salif Ballo, 24. Ruslan Zubkov, 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. İvan Qrabovaç, 3. Budaq Nəsirov, 11. Qoqi Pipiya.
Baş məşqçi: Əfqan Talıbov.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 16. Orxan Lalayev (11. Şeriff Suma, 68), 18. Samuel Barlay, 20. Kristian Torres (28. Amit Quluzadə, 83), 22. Tofiq Mikayılov, 26. Fransis Bosman (10. Nemanya Vidakoviç, 57), 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 7. Elvin Musazadə, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov.
Baş məşqçi: Kemal Alispahiç.
 
QARABAĞ – QƏBƏLƏ - 1:2 (0:2)
Qollar: R.Abdullayev, 32 (0:1), Dodo, 34 (0:2), M.Muarem, 59 (1:2)
Sarı vərəqələr: Elnur Abdulov, 35 (qeyri-idman hərəkəti), Vüqar Nadirov, 65 (qeyri-idman hərəkəti), Qara Qarayev, 78 (qeyri-idman hərəkəti) - Aleksandr Çertoqanov, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi:  Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 oktyabr 2012. Bakı. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (k) (17. Vüqar Nadirov, 46), 10. Muarem Muarem (33. Selim Mostafa, 72), 11. Rauf Əliyev, 16. Elnur Abdulov (70. Vaqif Cavadov, 46), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 6. Hacı Əhmədov, 21. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 30. Anar Nəzirov, 22. Lorival Rodriqes Assis (88. Nodar Məmmədov, 86), 10. Dodo, 11. Yannik Kamanan (9. Viktor Mendi, 63), 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 8. Bruno Da Silva (7. Yaşar Abuzərov, 76), 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 21. Elmar Baxşıyev, 35. Tərzin Cahangirov, 5. Muammer Erdoğdu.
Baş məşqçi: Ramiz Məmmədov.
 
1 İnter 10 5 4 1 11 5 +6 19
2 Simurq 11 5 4 2 13 6 +7 19
3 AZAL 10 4 4 2 16 10 +6 16
4 Neftçi 8 5 0 3 15 10 +5 15
5 Qarabağ 11 3 5 3 13 13 0 14
6 Turan 11 4 2 5 12 15 –3 14
7 Rəvan 11 3 4 4 12 14 –2 13
8 XL 10 3 4 3 13 9 +4 13
9 Qəbələ 11 3 4 4 11 13 –2 13
10 Sumqayıt 11 3 3 5 10 18 –8 12
11 Bakı 9 1 6 2 8 8 0 9
12 Kəpəz 11 2 2 7 8 21 –13 8
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
6 - Nikolas Kanales (Neftçi)
5 – Xuan Manuel Varela (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.