1 noyabr 2012 00:14
Rubin Bakıya Neftçi ilə matçdan bir gün öncə gələcək
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Rusiyanın “Rubin” klubunun Bakıya nə vaxt gələcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Azərbaycan paytaxtına noyabrın 7-də təşrif buyuracaq.
Tatarıstan klubu həmin gün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda bir məşqə çıxacaq. Eyni vaxtda baş məşqçi Kurban Berdıyevin mətbuat konfransı da planlaşdırılıb. Kazanlılar “Hyat Park” otelində məskunlaşacaq.
Qeyd edək ki, “Neftçi” – “Rubin” oyunu noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
