1 noyabr 2012 12:45
Neftçi - Rubin matçının biletləri sabah satışa çıxacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Rusiya “Rubin”i arasındakı oyunun biletləri sabahdan satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, biletlərin qiyməti 2,50 AZN-dən başlayacaq.
Qeyd edək ki, “Neftçi” – “Rubin” matçı noyabrın 8-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:00-da start götürəcək.
