2 noyabr 2012 13:28
Cihan Özkara Bakıya 4 gün tez gələcək
Xəbər verdiyimiz kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa hazırlıq məqsədilə noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 15-dək isə Belfast şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, millinin toplanışına dəvət olunmuş Türkiyənin "Kayseri Erciyesspor" klubunun üzvü Cihan Özkara hazırlıq prosesinə əvvəlcədən noyabrın 12-də gələcəyi xəbər verilmişdi.
Lakin o, toplanışa dörd gün tez, noyabrın 8-də qoşulacaq.
