2 noyabr 2012 01:42
Yığmamız Şimali İrlandiyaya nə vaxt yola düşəcək?
Futbol üzrə Azərbaycan yığmasının Şimali İrlandiyaya nə vaxt yola düşəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Belfastda yerli komandanın qonağı olacaq millimiz səfərə oyundan dörd gün öncə yollanacaq.
Noyabrın 10-da səfərə çıxacaq komandamız Belfasta çarter reysi ilə gedəcək. Berti Foqtsun yetirmələri Şimali İrlandiyaya tez getməklə yerli şəraitə daha yaxşı uyğunlaşmaq məqsədi güdür.
