2 noyabr 2012 00:28
İnter Sumqayıtla oyuna belə hazırlaşır (FOTOLAR)
“İnter” Premyer Liqanın 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək matçın hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, komandanın son məşq prosesi bir saat yarım davam edib. Futbolçular məşqə isinmə hərəkətlərini yerinə yetirməklə başlayıblar, sonra isə topla çalışıblar.
Xatırladaq ki, “Sumqayıt” - “İnter” oyunu noyabrın 4-də keçiriləcək.
