2 noyabr 2012 13:57
Edemir Rodriqes: Bir ara Boliviyaya qayıtmaq istəsəm də, Bakı rəhbərliyi qoymadı
“Bakı”nın müdafiəçisi Edemir Rodriqes Boliviya mətbuatına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Yeni iş yeriniz necədi?
- Hər şey qaydasındadı. Uzun fasilədən sonra mən yenidən sıraya dönmüşəm. Baş məşqçi ötən oyunda mənə güvəndi və hətta qol da vurmağa nail oldum.

- Niyə əsas heyətdəki yerinizi itirmişdiniz?
- Legionerlərə qoyulan limit işimizi çətinləşdirir. Qaydalara görə, hər oyunda heyətdə ən azı dörd azərbaycanlı futbolçu yer almalıdı ki, onlardan da biri 21 yaşadək olmalıdı.

- Məhz buna görə əsas heyətdə az görünürsüz?
- Bəli. Amma mənim özümü göstərmək imkanım var. Şənbə günü baş tutacaq növbəti oyunda heyətdə yer alacağıma ümidliyəm.

- “Bakı”da hansı mövqedə çıxış edirsiz?
- Müdafiənin sağ cinahında. Adətən komanda 4-4-2 taktikasıyla çıxış edir. Amma rəqiblərdən asılı olaraq müəyyən dəyişikliklər istisna deyil. Daha çox ehtiyatda qalsam da, inamımı itirmirəm və öz zamanımı gözləyirəm.

- Azərbaycana uyğunlaşmaq çətin olmadı ki?
- Əksinə, asan oldu. Mən bura gələndə komandamıza azərbaycanlı məşqçi rəhbərlik edirdi. Amma Avropa Liqasındakı uğursuzluqdan sonra onu istefaya göndərdilər. Onun yerinə isə serbiyalı mütəxəssis gətirilib. Bir ara mən Boliviyaya qayıtmaq haqda düşünməyə başlamışdım. Çünki belə bir şans da var idi. Amma rəhbərliklə söhbətimdə bildirdilər ki, səbrli olum. Baş məşqçi də eyni fikirləri bildirdi. Təxminən iki ay oynamadım. Bu, mənim üçün alışmadığım bir hal idi.

- “Bakı”nın çempionatdakı durumu necədi?
- Çempionata çox pis başlamışıq. Turnir cədvəlinin alt pillələrində yer alırıq. Amma komandanın ehtiyatda da oyunu var. Üstəlik, qarşıda da bizi çoxlu oyunlar gözləyir. Burdakı çempionatın keçirilmə sistemi Boliviya birinciliyinə oxşardı. Əgər qarşıdakı iki oyunda qələbə qazansaq, üst pillələrə qalxa bilərik. Komandalar arasındakı xal fərqləri çox cüzidi.

- “Bakı” ilə müqaviləniz nə vaxta qədərdi?
- Gələn ilin iyun ayına qədər. Ondan sonra Boliviyaya qayıdıb-qayıtmamağa baxacağam. Hələ indidən ora qayıtmaq istəmirəm. Səbrli olmalıyam. Çünki burda heç kimə əsas heyətdə yer zəmanət verilmir. Hər şey futbolçunun özündən asılıdı. Ona görə də mən hər şeyə hazır olmalıyam.

- Yığmadan sizinlə əlaqə saxlayırlar?
- Xeyr. Yığmaya çağırılmağım üçün ilk növbədə klubumda mütəmadi oynamağım lazımdı. Bu, baş versə, onda milliyə də dəvət almağa başlaram.

- Artıq Bakıya öyrəşmisiz?
- Bəli. Amma ailəm hələ də La-Pasdadı. Vizanın açılmasını gözləyirlər. Vəziyyəti ağırlaşdıran əsas məqam qızımla bağlıdı. Ümid edirəm ki, yanvar ayında onlara qovuşacağam. Ailəmin dəstəyi mənim üçün çox vacibdi. Belə olan halda insan daha da sakit olur. Burda dekabr ayında qış fasiləsinə start veriləcək. Ona görə də ayın 23-də ölkəyə qayıtmağı düşünürəm.

- Klubda dostlarınız var?
- Latın Amerikasından olan futbolçularımız var. Ən çətin vaxtlarımda onların dəstəyi mənim üçün çox vacibdi.