2 noyabr 2012 14:16
Şimali İrlandiya – Azərbaycan matçına giriş 30 manatdı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiymətlər 20-25 funt aralığında dəyişir.
Azərbaycan manatı ilə bu, təxminən 30-35 AZAN təşkil edir.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
