2 noyabr 2012 14:23

Paytaxt klubunda yubiley qolu

Topaz Premyer Liqasının 11-ci turunun “Turan”la səfər oyununda vurulan ilk qol “Rəvan” üçün tarixi əhəmiyyət kəsb edib. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçu Nemanya Vidakoviçin 76-cı dəqiqədə vurduğu qol paytaxt təmsilçisinin Premyer Liqada rəqib qapılarından keçirdiyi 50-ci top olub. Yubiley qolunun müəllifi olan 27 yaşlı hücumçu cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub.
 
Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.
 
Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb.
 
“Rəvan”ın Premyer Liqada  qarşılaşıb qol vurmağı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox - 9, “Turan” isə 8 dəfə məyus edilib.
 
“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan Vidakoviç ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub - onun hesabında 7 qol var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.