2 noyabr 2012 15:15
Təxirə salınan matçlar nə vaxt keçiriləcək?
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində təxirə salınmış üç oyunun keçirilmə vaxtları məlum olub. Azerisport.az xəbər verir ki, bu görüşlər noyabrın 9-da və 13-də keçiriləcək.
Həmin görüşlərin siyahısı ilə sizi də tanış edirik:
Əvəzedicilərin çempionatı
Əvəzedicilərin çempionatı
9-cu tur
9 noyabr (cümə)
“Neftçi” – “Kəpəz”
“İnter” – “Simurq”
10-cu tur
13 noyabr (çərşənbə axşamı)
“Bakı” – “İnter”
