2 noyabr 2012 15:53
“Neftçini məğlub etmişiksə, bunu Xəzər Lənkəranla oyunda niyə təkrarlamayaq”?
“Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev Topaz Premyer Liqasının 12-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Hazırkı durumunuz klub rəhbərliyini razı salır?
- Əgər son oyunda “Turan”ı da məğlub etsəydik, hər şey əla olardı. Bizə sadəcə bir neçə dəqiqə çatmadı ki, qələbəmizi rəsmiləşdirək. Amma bütövlükdə son üç oyunda iki qələbə qazanıb, bir heç-heçə etmişik. Komandada yaxşı atmosfer var.

- Kemal Alispahiçin işindən nə dərəcədə razısız?
- Fikrimcə, o, hələ ümidləri doğruldur. Alispahiç təcrübəli mütəxəssisdi. Qısa müddət ərzində komandada yaxşı atmosfer yaratması da bundan xəbər verir. Fikrimcə, o, komandanı ilk altılığa necə çıxarmağın da yollarını tapacaq.

- “Turan” kimi daha ağır maliyyə durumu olan klubun sizdən üst pillələrdə yer alması üzücü deyil ki?
- Bu mövsümün gedişatı ümumiyyətlə pulun futbolda hər şeyi həll etmədiyini göstərir. Qələbə istəyi, məşqçi işi uğur qazanmaq üçü daha önəmli amillərdi. Amma hər şeyi zaman göstərəcək.

- Komandanız yenə ilk altılığa düşə bilməsə, necə olacaq?
- İndi bu barədə düşünmək istəmirəm. Bizim hələ birinci altılığa düşmək şanslarımız var. Əgər alınmasa, yenidən heyətimizi gücləndirib, istəyimizə çatmağa çalışacağıq.

- “Xəzər Lənkəran”la səfər oyunundan nə gözləyirsiz?
- Komandamız hər oyuna qələbə üçün çıxır. Bizim başqa çıxış yolumuz da yoxdu. Artıq çempionatın əsas favoritlərindən olan “Neftçi”ni məğlub etmişik. Niyə də bunu “Xəzər Lənkəran”la görüşdə təkrarlamayaq? Əlbəttə, Lənkəranda buna nail olmaq çətindi. Amma mümkünsüz deyil.

- Qış fasiləsində “Rəvan”da islahatlar olacaq?
- Məşqçilər heyətinin istəyindən çox şey asılı olacaq. Hansı mövqeləri gücləndirmək lazım olduğunu onlar bilirlər.