2 noyabr 2012 16:01
Ağasəlim Mircavadov Rusiya klubunu çalışdıra bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Rusiya klublarından birini çalışdıra bilər. Azerisport.az xəbər verir ki, bu məlumatı təcrübəli mütəxəssis özü də təsdiqləyib.
Lakin o, hələlik bu klubun adını açıqlamaq istəməyib: “Belə bir məsələ var. Amma hələ heç nə məlum deyil. Ona görə də bu haqda ətraflı danışmaq istəmirəm”.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis indiyə qədər “Neftçi”, “Qarabağ”, “Bakı Fəhləsi”, “Şəmkir”, “Xəzər Lənkəran” kimi klublarda da çalışıb. O, karyerası ərzində beş dəfə Azərbaycan çempionu olub. İki dəfə isə Birlik kubokunda zəfər qazanıb.
