2 noyabr 2012 16:18
İki oyunun başlama vaxtı teleyayıma görə dəyişdirildi
Topaz Premyer Liqasının 12-ci turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bunlar “Qəbələ” – “Neftçi”, “Qarabağ” – AZAL və “Turan” – “Simurq” qarşılaşmalarıdı.
Bu üzdən həmin oyunların başlama vaxtlarında da müəyyən dəyişiklik edilib. Belə ki, “Qarabağ” – AZAL görüşü 15:10-da, “Turan” – “Simurq” matçı isə 14:30-da start götürəcək.
Topaz Premyer Liqası
12-ci tur
3 noyabr (şənbə)
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)
4 noyabr (bazar)
“Qarabağ” – AZAL
T.Bəhramov adına Respublika stadionu, 15:10 (canlı, AzTV)
“Turan” – “Simurq”
Tovuz şəhər stadionu, 14:30 (canlı, “İdman Azərbaycan”)
