2 noyabr 2012 16:30
AFFA Simurqu 6000 manat cərimə etdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
AZAL – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Turan” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Simurq” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Simurq”un meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 11-ci turunun “Turan” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
