2 noyabr 2012 17:11
Ağasəlim Mircavadov: XL-dan təklif almamışam
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov yenidən bu kluba qayıtmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, Yunis Hüseynovla yollarını ayıran və özünə yeni baş məşqçi axtaran “ağ-yaşıllar”ın sıralarına dönməklə bağlı bunları dilə gətirib:
“Mənim “Xəzər Lənkəran”la heç bir danışığım olmayıb. Bu klubdan təklif almamışam. Ona görə də “Xəzər Lənkəran”a qayıtmağımı müzakirə etmək düz olmazdı”.
“Mənim “Xəzər Lənkəran”la heç bir danışığım olmayıb. Bu klubdan təklif almamışam. Ona görə də “Xəzər Lənkəran”a qayıtmağımı müzakirə etmək düz olmazdı”.
