2 noyabr 2012 17:37
Yığmamızın oyununun vaxtı yenə dəyişdirildi
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi son oyunun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, yığmamız noyabrın 3-də Xorvatiya komandası ilə əvvəlcədən xəbər verildiyi kimi saat 18:00-da deyil, saat 14:00-da qarşılaşacaq.
