2 noyabr 2012 18:06
Rəşad Sadiqov: Neftçi Rubin və Partizanı Bakıda məğlub etmək istəyir
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq”la son oyun haqda nə deyə bilərsiz?
- Biz çətin olacağını bilirdik. “Simurq” uzun müddət idi turnir cədvəlinin vahid lideri idi. Amma biz çempionluğa köklənmişik. Ona görə də bütün rəqiblərimizi məğlub etmək istəyirik. “Simurq”la oyunda da məhz bunu etdik.

- “Rəvan”a məğlub olduğunuz oyunla müqayisədə tam fərqli futbol sərgilədiniz...
- Bilirsiz, “Rubin”lə oyun, ardından yol yorğunluğu bizim həmin qarşılaşmaya daha yaxşı hazırlaşmağımıza mane olurdu. Həm də qısa müddət ərzində təbii ot örtüyündən süni örtüklü meydançaya keçmək də az rol oynamır. Siz özünüz də gördünüz ki, “Rəvan” və “Simurq”la oyunlarımız arasında nə qədər fərq var idi.
- Deməli, komandanın qeyri-sabit çıxışının səbəbi yorğunluqdu?
- Bəli. Yorğunluq sadəcə qaçılmazdı. Necə də olmasa, 3-4 gündən bir oyuna çıxmalı oluruq. Bu, asan məsələ deyil.
- Bəli. Yorğunluq sadəcə qaçılmazdı. Necə də olmasa, 3-4 gündən bir oyuna çıxmalı oluruq. Bu, asan məsələ deyil.
- Amma hesabda 2:0 önə keçdikdən sonra müəyyən arxayınlıq hiss olunurdu...
- Deməzdim ki, arxayınlaşmışdıq. Yəqin ki, yenə də yorğunluq özünü göstərirdi. Bizim başqa yolumuz yoxdu. Belə çətin qrafiklə oynamağa alışmalıyıq.
- Bu həftə sizi həm də “Qəbələ” ilə səfər oyunu gözləyir...
- Bizim üçün çətin səfərlərdən olacaq. Bu oyunda müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki bizə qələbə lazımdı.
- “Qəbələ” ilə oyundan sonra isə “Rubin”i qəbul etməlisiz...
- Bu oyunda qələbə qazanmaq şansımız var. Amma elə də böyük şans olduğunu deməzdim. Hər halda biz əlimizdən gələni edəcəyik ki, həm “Rubin”, həm də “Partizan”la ev oyunlarında yaxşı oyun sərgiləyək, qalib gələk. Çünki bunu çox istəyirik. Azarkeşlərimizi və bütün xalqımızı sevindirmək istəyirik.