3 noyabr 2012 00:05

Sürprizlər yenə də davam edəcək?

Bu gün Topaz Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Azerisport.az xəbər verir ki, 12-ci turun oyunlarından ikisi şənbə, qalanı isə bazar günü baş tutacaq.
 
Turnir cədvəlinin son pilləsində qərarlaşmış “Kəpəz” “Bakı” ilə qarşılaşacaq. Bu komandalar əslində heyət və maliyyə imkanlarına görə tamamilə fərqlənsələr də, hazırda hər ikisi turnir cədvəlinin zirzəmisində yer alır. Bu üzdən də tərəflərin dueli daha maraqla gözlənilir. Qarşılaşmanın Gəncədə keçirilməsi meydan sahiblərinin şanslarını artıran məqamlardandı. İlk dövrədə Bakıda keçirilən ilk qarşılaşmada “Bakı” 3:1 hesablı qələbəyə sevinmişdi.
 
İlk oyun günündə həmçinin “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək. Son turda “Qarabağ”ı məğlub etməklə özündən söz etdirən Ramiz Məmmədovun yetirmələri indi də ölkə çempionunu məğlub yola salmağı hədəfləyib. Amma “ağ-qaralar” da səfərə məğlub olmaq üçün getmir. Lider “Simurq”u devirən Böyükağa Hacıyev indi də eyni aqibəti “Qəbələ”yə yaşatmaq istəyindədi. Hansı ki, ilk dövrədə də “Neftçi” bu rəqibini 3:0 hesabıyla məğlub etmişdi.
 
İkinci oyun günündə öncə “Sumqayıt” lider “İnter”i qəbul edəcək. Kaxaber Tsxadadzenin komandası zirvədəki mövqeyini qorumaq üçün mütləq qələbə qazanmalıdı. Sumqayıtın eyniadlı təmsilçisi isə autsayderlər qrupundan qurtulmaq üçün ən azı bir xal qazanmağı hədəfləyib. Hansı ki, bunu gözləməyə dəyər. Bu mövsüm artıq “Neftçi”, “Bakı” kimi rəqiblərini məğlub edən, “Xəzər Lənkəran”dan xal alan Bernard Raabın komandasının növbəti sürprizə imza atması istisna deyil. Maraq üçün xatırladaq ki, bu komandaların ilk dövrədəki oyununda “İnter” minimal hesablı qələbəyə sevinmişdi.
 
Son turda “Qəbələ”yə uduzan “Qarabağ” bu dəfə AZAL-ı qəbul edəcək. Ağdam təmsilçisi son uğursuzluqları unutdurmaq üçün mütləq bu prinsipial görüşdən qalib ayrılmalıdı. Bu, həm də birinci dövrədə məhz AZAL-a 2:6 hesablı yenilginin qisasını almaq baxımından önəm daşıyır. Qurban Qurbanovun komandası qələbə qazanmaqla bu rəqibini turnir cədvəlində qabaqlamaq şansına da malikdi. Vaqif Sadıqovun yetirmələri isə rəqib komandada psixoloji durumun qaydasında olmamasından yararlanıb, uğurlu çıxışını davam etdirməyi hədəfləyib.
 
“Sumqayıt”la oyunda xal itirən və Yunis Hüseynovla yollarını ayıran “Xəzər Lənkəran” “Rəvan”ı qəbul edəcək. Cənub klubu ikinci dövrəyə uğurlu start verməyə çalışacaq. Doğma azarkeşlərinin gözü qarşısında oynaması “ağ-yaşıllar”ı mütləq qələbə qazanmağa sövq edir. Kemal Alispahiçin komandası isə son turlardakı uğurlarının davamını gətirməyə çalışacaq. Maraqlıdı ki, bu komandalar arasında bu mövsüm keçirilən ilk oyun ötən mövsümdəki görüşlərdə olduğu kimi, 1:1 hesabıyla başa çatmışdı.
 
Əfqan Talıbovun gəlişindən bəri məğlubiyyət tanımayan “Turan” bu tur “Simurq”u qəbul edəcək. Zaqatala klubu bu mövsümə çox yaxşı başlasa da, son turda “Neftçi”yə məğlub olmaqla zirvəni “İnter”ə təhvil verdi. Amma Georgi Çixradzenin yetirmələri hələ də ilk pilləyə şəriklik edir aşağı pillələrə düşməmək üçün çətin səfərdən mütləq qələbə ilə qayıtmağa borcludu. Əks halda “İnter” mümkün qələbə sayəsində “Simurq”dan aralana bilər. Maraq üçün xatırladaq ki, ilk dövrədəki oyunda Zaqatala klubu evdə bu rəqibini 3:0 hesabıyla məğlub etmişdi.
 
Topaz Premyer Liqası
12-ci tur
3 noyabr (şənbə)
 
“Kəpəz” – “Bakı”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əli Hüseynov.
Gəncə. Şəhər stadionu, 14:00.
 
“Qəbələ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ. Şəhər stadionu, 15:00.
 
4 noyabr (bazar)
 
“Sumqayıt” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 14:00.
 
“Turan” – “Simurq”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Tovuz. Şəhər stadionu, 14:30.
 
“Qarabağ” – AZAL
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Rza Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
T.Bəhramov adına Respublika stadionu, 15:10.
 
“Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu, 16:00.
 
1 İnter 10 5 4 1 11 5 +6 19
2 Simurq 11 5 4 2 13 6 +7 19
3 AZAL 10 4 4 2 16 10 +6 16
4 Neftçi 8 5 0 3 15 10 +5 15
5 Qarabağ 11 3 5 3 13 13 0 14
6 Turan 11 4 2 5 12 15 –3 14
7 Rəvan 11 3 4 4 12 14 –2 13
8 XL 10 3 4 3 13 9 +4 13
9 Qəbələ 11 3 4 4 11 13 –2 13
10 Sumqayıt 11 3 3 5 10 18 –8 12
11 Bakı 9 1 6 2 8 8 0 9
12 Kəpəz 11 2 2 7 8 21 –13 8
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
6 - Nikolas Kanales (Neftçi)
5 - Juan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.