3 noyabr 2012 16:52

Qəbələ Neftçini məğlub yola saldı, Kəpəzlə Bakıdan sülh (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasında 12-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
 
“Kəpəz” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Yeni mövsümün aşkar autsayderlərinin görüşündən qol səsi çıxmayıb.
 
“Qəbələ” isə son çempion “Neftçi”ni qəbul edib. Meydan sahibləri qarşılaşmadan qalibi ayrılıblar.
 
Topaz Premyer Liqası
12-ci tur
3 noyabr (şənbə)
 
QƏBƏLƏ – NEFTÇİ - 2:1 (1:1)
Qollar: L.R.Assis, 31 (1:0), N.Kanales, 32 (1:1), Dodo, 89 (2:1).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Teymur Fərhadov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
5. Qarşılıqlı hücumlar bir-birini əvəzləsə də, təhlükəli vəziyyət yoxdu
9. "Qəbələ" hesabı açmağa yaxın olsa da, Stamenkoviçlə Mitreskinin əla oyunu qola imkan vermir
10. Dodo rəqib qapıçı ilə üz-üzə qalsa da, cərimə meydançasına çatarkən E.Yunuszadə tərəfindən dayandırılır. Yunuszadə sarı vərəqə alır
11. L.R.Assisin təhlükəli nöqtədən cərimə zərbəsi qapıdan azca yan keçir
15. "Qəbələ" topa daha çox nəzarət edir
23. Vobayın uzaqdan zərbəsi dəqiq olmur
27. Çertoqanov sarı vərəqə ilə cəzalanır
29. Vobayın cərimə zərbəsini Nəzirov tutur
31. Qonaq futbolçuların uzaqlaşdıra bilmədiyi topu Assis dəqiq zərbə ilə tora qovuşdurur - 1:0
32. Amma meydan sahibləinin sevinci uzun çəkmir. Sol cinahdan edilən asma zamanı müdafiəçilər qapıçının topu tutacağını zənn edərək ona toxunmaq istəmədi. Qapıçıdan daha cəld tərpənən Kanales isə dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirir - 1:1
35. M.Şükürov Assisə qarşı sonuncu ümid foluna görə sarı vərəqə ilə cəzalanır
37. D.L.Kruz sarı vərəqə alır
38. R.Abdullayevin uzaqdan qüvvətli zərbəsini Stamenkoviç geri qaytarır
45. İlk hissəyə bir dəqiqə əlavə olunur
45+1. Qonaqların korner vuruşu zamanı Nəzirov çıxışda yaxşı oynayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. R.Abdullayevin qola sevinməsinə Stamenkoviç əla reaksiya ilə mane olur
55. Qarşılıqlı hücumlar hələ ki, qol gətirmir
60. Oyun bir qədər sərt məcrada keçməyə başlayıb. "Qəbələ" daha fəal olsa da, "Neftçi"nin də əks-hücumları təhlükəli alınır
63. Kamananın başla qapıya göndərdiyi topu Stamenkoviç tutur
66. E.Ramos da sarı vərəqə alır
69. "Qəbələ"də Y.Kamanan yerini V.Mendiyə verir
69. Meydan sahiblərinin təhlükəli cərimə zərbəsi zamanı Stamenkoviç zədələnmək bahasına da olsa, qola imkan vermir
70. "Neftçi"də isə J.Vobayın əvəzində meydana A.Abdullayev daxil olur
72. Qəbələlilər korner yerinə yetirirlər: uğursuz alınır
72. D.L.Kruzu N.Məmmədov əvəzləyir
80. "Qəbələ"nin təhlükəli hücumu zamanı "Neftçi"nin bəxti gətirir
83. E.Mehdiyevi K.Nurəhmədov əvəzləyir
86. M.Şükürovun cərimə zərbəsi dəqiq alınmır
88. "Qəbələ"nin korner vuruşu zamanı müdafiəçilər topu uzaqlaşdırır
89. Müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu Dodo sol ayaqla vurduğu möhtəşəm zərbə ilə tora qovuşdurur - 2:1
90. R.Məmmədov meydandan qovulur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Ü.Abbasov sarı vərəqə alır
90+1. Mendi Yunuszadə tərəfindən cərimə meydançasında kobudluğa məruz qaldığı üçün komandasına penalti qazandırır
90+2. Lakin B.D.Silvanın penalti zərbəsini Stamenkoviç geri qaytarır
90+3. B.D.Silva yerini Y.Abuzərovla əvəzlənir
Matç başa çatdı
 
QƏBƏLƏ: 30. Anar Nəzirov, 22. Lourival Rodriqes, 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 8. Bruno Da Silva, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 84. Deyan Kelhar, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 21. Elmar Baxşıyev, 9. Viktor Mendi, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov, 88. Nodar Məmmədov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 7. Rodriqinyo, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 21. Kamil Nurəhmədov.
 
KƏPƏZ – BAKI - 0:0 (0:0)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Nahid Əliyev, Ramiz Məhərrəmov.
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
"Bakı" hələ ki, daha fəal təsir bağışlayır
"Kəpəz"də erkən əvəzləmə: Hüseynlini Svejentsev əvəzləyir
Qonaqlar topu özündə saxlamağa çalışırlar
Kərimovun zərbəsi qapının üstündən keçir
Horvatın zərbəsi qapıdan aralı keçir
Horvatın təhlükəli cərimə zərbəsini Zeynalov kornerə çıxarır
Horvatın növbəti cərimə zərbəsi qapıdan yan keçir
"Kəpəz" təşəbbüsü ələ almağa çalışır
Feutçin qeyri-dəqiq zərbə ilə yadda qalır
Bandoviç komandasının çıxışından narazıdı
Quliyevin zərbəsini Zeynalov dəf edir
"Bakı" daha üstün oyun sərgiləsə də, istəyinə çata bilmir
Zeynalov komandasını real qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Kəpəz" fasilədən sonra fəal görünür
Əzizovun zərbəsi qapıdan yan keçir
Fomenko da qeyri-dəqiq zərbə ilə yadda qalır
"Bakı"nın da hücumu qeyri-dəqiq zərbə ilə başa çatır
Qonaqlar yenidən təşəbbüsü ələ alıblar. "Kəpəz" bütün komanda ilə müdafiə olunur
Feutçin uzaq məsafədən qeyri-dəqiq zərbə ilə yadda qalır
Fomenkonun zərbəsini Nuredinoski dəf edir
Mantsiosun zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
 
KƏPƏZ: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 8. Elvin Həsənəliyev, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 15. Şahin Kərimov, 14. Elxan Əzizov, 18. Nikolay Svejentsev, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 3. Təbriz Hüseynli, 11. Ziyabil Məmmədov, 17. Ceyhun Əhmədov, 23. Şərif Həsənov, 20. Emin Əliyev, 19. Atin Abdullayev.
BAKI: 82. Edin Nuredinoski, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios, 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 8. Xavyer Junior Vilson, 17. Ramazan Abbasov, 21. Novruz Məmmədov, 26. Leandro Beçerra, 27. George Popxadze.
 
Turun qalan görüşləri sabah keçiriləcək: “Sumqayıt” – “İnter”, “Qarabağ” – AZAL, “Xəzər Lənkəran” – “Rəvan”, “Turan” – “Simurq”.
 
1 İnter 10 5 4 1 11 5 +6 19
2 Simurq 11 5 4 2 13 6 +7 19
3 AZAL 10 4 4 2 16 10 +6 16
3 Qəbələ 12 4 4 4 13 14 –1 16
5 Neftçi 9 5 0 4 16 12 +4 15
6 Qarabağ 11 3 5 3 13 13 0 14
6 Turan 11 4 2 5 12 15 –3 14
8 XL 10 3 4 3 13 9 +4 13
8 Rəvan 11 3 4 4 12 14 –2 13
10 Sumqayıt 11 3 3 5 10 18 –8 12
11 Bakı 10 1 7 2 8 8 0 10
12 Kəpəz 12 2 3 7 8 21 –13 9
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
6 - Nikolas Kanales (Neftçi)
5 - Juan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.