2 noyabr 2012 00:01
Fərhad Vəliyev: Mənə ən azı bir oyunda şans verə bilərdilər
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyun üçün açıqlanan heyətdə yer almamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzü, bu, mənim üçün çox gözlənilməz oldu. Bu dəfə milliyə dəvət alacağımı düşünürdüm. Fikrimcə, yenə millidən kənar qalmağımda sonuncu “Xəzər Lənkəran” və “Qəbələ” ilə oyunlarda əsas heyətdə yer almamağım rol oynadı. Halbuki, Qurban Qurbanov belə bir söhbətin getdiyini bilirdi. Mənə özümü göstərmək üçün ən azı bir oyunda şans verə bilərdilər”.

Vəliyev Şimali İrlandiya ilə oyunda yığmamızın qapısını kimin qoruyacağına dair proqnozunu da açıqlayıb: “Səlahət Ağayevlə Andrey Popoviçə hörmətim var. Amma fikrimcə, bu oyunda millinin qapısını Anar Nəzirov qoruyacaq. O, Premyer Liqadakı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarır”.