2 noyabr 2012 11:56
Artur Sarkisov: Futbol Azərbaycanla Ermənistan arasındakı problemi həll etməyə qadirdi
Rusiyanın “Volqa” klubunun və Ermənistan yığmasının hücumçusu Artur Sarkisov UEFA-nın Azərbaycan və Ermənistan yığmalarının Avropa və dünya çempionatlarının seçmə mərhələlərində eyni qrupa düşməsinin qarşısını almasına münasibətini açıqlayıb. Azerisport.az həmin fikirlərlə sizi də tanış edir:
- Ötən il biz bu sualı Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadova da vermişdik, indi də sənə ünvanlayırıq. Bir neçə il öncə Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşmüşdü. O vaxt hansı hissləri keçirmişdiniz?
- Əlbəttə, xüsusi hisslər idi. Çox istəyirdim ki, Ermənistan bu oyunlarda qələbə qazansın.

- Amma UEFA həmin oyunları ləğv etdi. Sizcə, bu, düzgün addım idi?
- Bunu dəqiq demək çətindi. Fikrimcə, oyunları neytral meydanda keçirmək olardı. Amma UEFA-nın da qərarını başa düşmək olar. Onlar da azarkeşlərin təhlükəsizliyini düşündülər. Qərar qəbul olunub və yəqin ki, düzgün idi.

- Sizcə, futbol siyasi məsələləri həll etməyə qadirdi?
- Müəyyən məqamlarda hə. Amma Azərbaycanla Ermənistan arasındakı vəziyyət bir qədər çətindi. Mən Ermənistanda yaşamadığım üçün bunu müzakirə etməyə də çətinlik çəkirəm. Kənardan baxanda isə mənə elə gəlir ki, bu, mümkündü.