2 noyabr 2012 00:12

Neftçinin prezidentinə üç səbəb göstərildi

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Neftçi”nin Avropa Liqası və daxili çempionatda çıxışı ilə bağlı müzakirələr aparılıb.
 
Məşqçilər korpusu tərəfindən “Rubin və ”“Rəvan” klublarına məğlubiyyətlərlə bağlı Sadıq Sadıqova hesabat verilib. “Neftçi”nin məğlubiyyətlərinə əsas səbəblər kimi, aşağıdakılar göstərilib:
 
1. Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Topaz Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.
 
 2. Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.
 
 3. Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.
 
Üstəlik “Neftçi” PFK əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişafı strategiyasını seçib.
 
Bu mövsüm iddialı çıxışı ilə diqqət çəkən “Simurq” üzərində qələbə və itirilmiş xallara görə komandanın potensial lider olması “Neftçi” PFK-nın doğru yolda olduğunu bir daha sübut edir. 
 
Klub prezidenti Sadıq Sadıqov, rəhbərliyi və məşqçilər korpusunu dinlədikdən sonra, fikirlərini bildirərək Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.
 
“Neftçi” PFK bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəfləyir. Buna görə də klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.