2 noyabr 2012 00:15
Nəzirov: Şimali İrlandiya ilə oyunda millimizin qapını mən qorumaq istəyirəm
“Qəbələ”nin qapıçısı Anar Nəzirov futbol üzrə Azərbaycan yığmasına dəvət almasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya ilə oyun öncəsi bunları dilə gətirib:
“Çox şadam ki, məni də yığmaya çağırdılar. Səlahət Ağayevlə Andrey Popoviç də yaxşı qapıçıdı. Amma buna baxmayaraq, Şimali İrlandiya ilə oyunda əsas heyətdə meydana çıxmaq istəyirəm. Buna hazır olduğumu düşünürəm. Məşqlərimə davam edəcəyəm. Ümid edirəm ki, baş məşqçi mənə güvənər”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 14-də Belfastda keçiriləcək.
