2 noyabr 2012 00:20
Yığmamızın növbəti rəqibinə 10 cavabsız qol vurdular
17 yaşadək qızlardan ibarət yığmalar arasında futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-17 millisinin qərarlaşdığı 6-cı qrupda da bir oyun baş tutub.
Yığmamızın digər rəqibləri – Avstriya ilə Xorvatiya üz-üzə gəlib. Avstriyalı futbolçular 10:0 hesabıyla qalib gəliblər.
Qeyd edək ki, Azərbaycan millisi də ötən gün İsveçlə qarşılaşıb. Sissi Raytın yetirmələri 1:7 hesabıyla uduzub. Komandamız seçmə mərhələdəki ilk matçını isə Avstriyaya qarşı keçirmişdi və 1:4 hesabıyla uduzmuşdu.
Azərbaycanın son oyunu noyabrın 3-də Xorvatiyaya qarşı olacaq. Son tur öncəsi qrupdakı durum belədi: İsveç, Avstriya – 6, Azərbaycan, Xorvatiya – 0.
