2 noyabr 2012 00:34
Cevat Gülər: XL-la şərtləri müzakirə etməyə hazıram
“Rəvan”ın sabiq baş məşqçisi Cevat Gülər “Xəzər Lənkəran”ın sükanı arxasına keçmək perspektivindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda heç bir yerdə işləmirəm. Lakin Azərbaycan klublarından heç bir təklif almamışam. Azərbaycanda işləməklə bağlı heç kimlə görüşüb, danışıq aparmamışam. Əgər “Xəzər Lənkəran”dan təklif gəlsə, şərtləri müzakirə etməyə hazıram”.

Qeyd edək ki, Yunis Hüseynovla yollarını ayıran cənub klubunun əcnəbi məşqçiyə tapşırılması gözlənilir.