5 noyabr 2012 11:18
Yığmamızın üzvü fərqləndi, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 15-ci turu çərçivəsində “Tiraspol” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də “Milsami” ən azı 1 xal qazanmağı hədəfləmişdi. Amma həmyerlimizin komandası bu istəyinə çata bilməyib və səfərdən məğlub qayıdıb.
Son oyunlarda əsas heyətdə meydana çıxan millimizin üzvünün bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Nəziri yenə start heyətdə meydana çıxıb. O, yalnız 84-cü dəqiqədə Traore ilə əvəzlənib. Yığmamızın üzvü 59-cu dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, hazırda “Milsami” 15 oyundan sonra 21 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Moldova çempionatı
15-ci tur
4 noyabr
Tiraspol - Milsami - 2:1
