3 noyabr 2012 22:55
Rail Məlikov oynadı, komandası xal itirdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 10-cu turu çərçivəsində “Torku Konyaspor” klubu ilə qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Lakin həmyerlimizin komandası erkən qol vursa da, son dəqiqələrdə buraxılan qolla qələbəni əldən verib.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Yeni baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Futbolçumuz sona qədər meydanda qalıb.
Qeyd edək ki, Railin komandası on oyuna 12 xalla 13-cü yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
10-cu tur
3 noyabr
Denizlispor - Torku Konyaspor - 1:1
