4 noyabr 2012 01:38

Neftçinin rəqibləri həftəni səfər qələbələri ilə başa vurdular (YENİLƏNİB)

Bu gün İtaliya, Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan klublar da növbəri sınaqlarına çıxıblar.
 
Belqrad “Partizan”ı Serbiya Super Liqasının 11-ci turunda səfərdə “Radnicki” ilə üz-üzə gəlib. “Neftçi”nin rəqibi 4 cavabsız qolla qələbə qazanıb. 8-ci dəqiqədə Lukiç avtoqola imza atıb. 59-cu dəqiqədə Skepoviç komandasının ikinci qolunu vurub. 72-ci dəqiqədə Yoyiç hesabı darmadağın həddinə çatıb. Ninkoviç isə 81-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib. "Partizan" hazırda 30 xalla turnir cədvəlinə başçılıq edir.
 
Kazan “Rubin”i Rusiya Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə “Mordovya”nın qonağı olub. Kurban Berdıyevin komandası 10-cu dəqiqədə Dyadyunun qolu sayəsində hesabı açıb. 48-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. 75-ci dəqiqədə Dyadyun komandasının və özünün ikinci qoluna imza atıb. Rondon isə 90-cı dəqiqədə yekun nəticəni müəyyənləşdirib - 3:1. "Rubin" hazırda 24 xalla 7-ci sırada qərarlaşıb.
 
Milan “İnter”i isə A Seriyasının 11-ci turu çərçivəsində səfərdə “Juventus”la qarşılaşıb. Görüşdə hesabı turinlilər açıblar. 1-ci dəqiqədə Vidal fərqlənib. Amma Andre Stramaççoninin yetirmələri qalan dəqiqələrdə toparlanmağı və əzmkar qələbə qazanmağı bacarıblar. 59-cu dəqiqədə Milito penaltidən fərqlənib. O, 76-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Oyunda yekun nəticəni isə Palasio müəyyənləşdirib - 3:1. "İnter" bu qələbə sayəsində hazırda 11 oyuna 27 xalla 2-ci yerdə gedir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.