3 noyabr 2012 23:00
Millimizin forvardı oynamadı, komandası səfərdən xalla döndü (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 10-cu turu çərçivəsində “Rizespor” klubu ilə qarşılaşıb.
Oyun rəqib meydanında keçirilirdi. Ona görə də Kayseri klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Həmyerlimizin komandası bu istəyinə nail olub.
Bu görüşdə Cihan forma geyməyib. Baş məşqçi Osman Özköylü ona heç ilk "18-lik"də də yer verməyib.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan doqquz oyuna topladığı 18 xalla ikinci yerdə gedir.
PTT birinci liqası
10-cu tur
3 noyabr
Rizespor - Erciyesspor - 2:2
