3 noyabr 2012 13:18
Dodo: Neftçiyə borcumuzu qaytarmaq vaxtıdı
“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ” üzərində qələbə komandanızda nəyi dəyişib?
- Bu, yeni baş məşqçimizin gəlişindən sonrakı ilk qələbəmiz idi. Ona görə də bu qələbə psixoloji cəhətdən komandaya əlavə əminlik qazandırdı. Ramiz Məmmədov baş məşqçi təyin olunandan sonra daha yaxşı oynayırıq. Amma qələbə qazanmaq heç cür qismət olmurdu. İndi qələbələrimizin davamını gətirmək istəyirik.

- Amma qarşıda “Neftçi” ilə oyun var...
- Komandamızda əla atmosfer hökm sürür. Şəxsən mən “Qarabağ” üzərindəki qələbədən sonra özümü çox xoşbəxt hiss edirəm. Məndə sanki yeni nəfəs yaranıb. Yaxşı baş məşqçimiz var. O, komandaya fərqli yanaşır. Bu da çıxışımza təsirsiz ötüşmür.
- Bu, Toni Adamsın, Fatih Kavlakın dönəmində yox idi?
- Onlar da özlərinə görə yaxşı məşqçi idilər. Amma hər bir məşqçinin özəllikləri olur. Məni komandaya britaniyalı mütəxəssis dəvət etmişdi. Onun haqqında pis heç nə deyə bilmərəm. İndi isə bizə başqa mütəxəssis rəhbərlik edir. O, bizə ata kimidi. Məmmədov komandanı oyunlara yaxşı kökləyir. Uşaqlar oyuna sonuncu döyüşə çıxırmış kimi yanaşırlar.

- Amma komandanın qeyri-sabit oyunu hələ də davam edir...
- Bu, zamanla düzələn işdi. Ramiz Məmmədov komandaya yeni qoşulub. Şübhəsiz ki, ona müəyyən qədər vaxt lazımdı ki, hər şey yoluna düşsün.
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- Ancaq qələbə. Bilirik ki, çətin olacaq. Amma biz rəqibi öz meydanımızda qəbul edirik. Ona görə də qələbə qazanmaq barədə düşünməməyə əsas görmürəm. Özü də birinci dövrədə biz onlara uduzmuşduq. İndi borcumuzu qaytarmaq vaxtıdı.