5 noyabr 2012 02:05
Fransa çempionatı: Olimpiklər qələbə qazandılar (YENİLƏNİB)
Futbol üzrə Fransa çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Brest” evdə “Lorient” ilə üz-üzə gəlib. Tərəflərin mübarizəsindən meydan sahibləri qələbə ilə ayrılıblar.
Əksər görüşlər ikinci oyun gününə təsadüf edib. PSG “Saint-Etienne” ilə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib. “Evian” da “Lille” ilə ev oyununda uduzub. “Nice” “Nancy” üzərində qələbə qazanıb. “Rennes” “Reims”i məğlub yola saıb. Səfərdə “Troyes” ilə qarşılaşan son çempion “Montpellier” yenə xal itirib. “Valenciennes” isə “Sochaux” ilə qarşılaşmadan qalib ayrılmağı bacarıb.
Turun son oyun günündə isə 3 görüş baş tutub. “Ajaccio” “Olympique” (Marsel) ilə ev oyununda məğlub olub. “Olympique” (Lion) isə “Bastia”nı darmadağınla yola salıb. “Bordeaux” “Toulouse” ilə mübarizədən minimal hesablı qələbə ilə ayrılıb.
Fransa, Liqa 1
11-ci tur
2 noyabr
Brest – Lorient – 2:0
Qollar: Vasat, 14, Benşop, 90.
3 noyabr
PSG - Saint-Etienne - 1:2
Qollar: Hoarau, 88 - Saxo, 43-öz qapısına, Aubameyanq, 73.
Evian - Lille - 0:2
Qollar: Rouks, 40, Balmont, 62.
Nice - Nancy - 2:1
Qollar: Traore, 21, Bautheac, 81 - Sane, 45.
Rennes - Reims - 1:0
Qol: M.Erdinc, 42.
Troyes - Montpellier - 1:1
Qollar: Kamus 40 - Belhanda, 19.
Valenciennes - Sochaux - 3:1
Qollar: Kadir, 12, Puyol, 27; 60 - Roudet, 62.
4 noyabr
Ajaccio – Olympique (Marsel) - 0:2
Qollar: A.Ayev, 55, J.Ayev, 88.
Olympique (Lion) - Bastia - 5:2
Qollar: Qonalons, 5, Lakasstte, 26, L.Lopes, 56-pen, Briand, 89, Malbranke, 90 - Xazri, 28, Roten, 32-pen.
Bordeaux - Toulouse - 1:0
Qollar: Qufran, 87.
| 1 | Paris Saint Germain | 11 | 6 | 4 | 1 | 17 | 7 | +10 | 22 |
| 2 | O. Marsel | 10 | 7 | 1 | 2 | 14 | 8 | +6 | 22 |
| 3 | O. Lion | 10 | 6 | 3 | 1 | 19 | 10 | +9 | 21 |
| 4 | Toulouse | 11 | 5 | 4 | 2 | 18 | 11 | +7 | 19 |
| 5 | Valenciennes | 11 | 5 | 3 | 3 | 23 | 12 | +11 | 18 |
| 6 | Saint Etienne | 11 | 5 | 3 | 3 | 19 | 8 | +11 | 18 |
| 7 | Bordeaux | 11 | 4 | 6 | 1 | 13 | 10 | +3 | 18 |
| 8 | Lille | 11 | 4 | 5 | 2 | 15 | 12 | +3 | 17 |
| 9 | Rennes | 11 | 5 | 1 | 5 | 13 | 14 | –1 | 16 |
| 10 | Reims | 11 | 4 | 3 | 4 | 12 | 9 | +3 | 15 |
| 11 | Lorient | 11 | 3 | 6 | 2 | 19 | 21 | –2 | 15 |
| 12 | Bastia | 11 | 4 | 2 | 5 | 17 | 26 | –9 | 14 |
| 13 | Brest | 11 | 4 | 1 | 6 | 11 | 17 | –6 | 13 |
| 14 | Montpellier | 11 | 3 | 3 | 5 | 16 | 16 | 0 | 12 |
| 15 | Nice | 11 | 2 | 6 | 3 | 15 | 17 | –2 | 12 |
| 16 | Ajaccio | 11 | 3 | 4 | 4 | 10 | 15 | –5 | 11 |
| 17 | Evian | 10 | 2 | 2 | 6 | 10 | 17 | –7 | 8 |
| 18 | Sochaux | 10 | 2 | 1 | 7 | 9 | 17 | –8 | 7 |
| 19 | Troyes | 11 | 1 | 4 | 6 | 11 | 20 | –9 | 7 |
| 20 | Nancy | 11 | 1 | 2 | 8 | 4 | 18 | –14 | 5 |
