3 noyabr 2012 15:12
Kemal Alispahiç: XL-la oyunda qələbə qazanmaq istəyirik
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 12-ci turunun “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim artıq məğlub olmaq lüksümüz qalmayıb. Baxmayaraq ki, “Xəzər Lənkəran”la qarşılaşırıq. Artıq Lənkərandayıq. Komandam bu oyuna yaxşı hazırlaşıb. Məni yeganə narahat edən məqam Samuel Barlayın yoxluğudu. O, sarı vərəqə limitini doldurduğu üçün bu oyunu buraxacaq. Rəqibimiz güclüdü. Ev oyunlarında onlara qarşı oynamaq daha çətin olur. Fikrimcə, maraqlı oyun olacaq. Biz hücum etməli, xoşbəxtliyi rəqib qapısında axtarmalı olacağıq. Çünki qələbə qazanmaq istəyirik”.