3 noyabr 2012 16:55
Darmadağınlar günü və XL-dan növbəti qələbə
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında bu gün 12-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun son oyun günündə dörd görüş baş tutub.
“Sumqayıt”ın qonağı olan “İnter” 4 cavabsız qola sevinib. “Simurq” da səfərdə “Turan”a eyni hesabla qalib gəlib. “Qarabağ” AZAL üzərində 6:2 hesabıyla üstün olub. “Xəzər Lənkəran” da “Rəvan”ı məğlub yola salıb.
Qeyd edək ki, turun digər oyunları ötən gün keçirilmişdi.
Əvəzedicilərin çempionatı
12-ci tur
3 noyabr
Sumqayıt – İnter – 0:4
Qollar: Samir Zərgərov, 29; 61, Mirsahib Abbasov, 47, Qurbanəli Əliyev, 90+1.
Hakimlər: Namiq Bəkirov, Ruslan Nəsibov, Ruslan Quliyev, Səbuhi Soltanov.
Bakı. “Şəfa” stadionu.
Qarabağ – AZAL – 6:2
Qollar: Elnur Abdulov, 31; 70, Tural İsgəndərov, 43; 51-pen; 75, Osman Qurbanov, 83 - Rəhman Musayev, 17; 84-pen.
Hakimlər: Camaləddin Hacıyev, Vüsal Qənbərov, Elnur Ağayev, Fuad Rəsulzadə.
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Xəzər Lənkəran – Rəvan – 2:0
Qollar: Bəhruz Teymurov, 15, Kamran Abdullazadə, 45+2.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Rəşad Abbasov, Taleh Məmmədov.
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu.
Turan – Simurq – 0:4
Qollar: Qafar Qafarov, 17; 57, Arzuman Nəsibov, 85, Məhəmməd Alıyev, 90+3.
Hakimlər: Ziya Nəsirov, Ramil Namazov, Rauf Məmmədov, Əli Əliyev.
Tovuz şəhər Olimpiya İdman Kompleksinin stadionu.
1
11
11
0
0
34-9
33
Ramil Mansurov (İnter) - 10 qol
Rey Məmmədbəyli (Qəbələ) - 10 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
Tural İsgəndərov (Qarabağ) - 6 qol
Raul Yaqubzadə (Bakı) - 6 qol
Tural İsgəndərov (Qarabağ) - 6 qol
