3 noyabr 2012 17:14
Əfqan Talıbov: Simurqla oyunda 3 xal qazanmalıyıq
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 12-ci turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi heç də adi olmayan rəqiblə çətin görüş gözləyir. Rəqibimiz atletik cəhətdən çox güclüdü. Amma bu, bizi qorxutmamalıdı. Hədəfimiz ilk altılığa düşməkdi. Öz meydanımızda oynadığımız üçün üç xal qazanmalıyıq”.