3 noyabr 2012 17:21
Böyükağa Hacıyev: Müdafiədə çıxış edən futbolçulardan narazıyam
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 12-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Avroliqa oyunlarından sonra komandada yorğunluq hiss olunmaqdadı. Julius Vobaya müəyyən qədər istirahət versəm də, yorğun olduğu hələ də görünür. Onun əvəzinə meydana daxil olan Araz Abdullayev isə yenə də mən istədiyim kimi oynamır. Müdafiə xəttində çıxış edən futbolçulardan narazıyam. Xüsusən də Elvin Yunuszadə verdiyim tapşırıqları yerinə yetirmədi. Artıq əsas fikrimizi “Rubin”lə oyuna yönəldəcəyik”.
