3 noyabr 2012 17:24
Ramiz Məmmədov: Bu uğurların ardının gələcəyinə inanıram
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyunu şərh etməyə ehtiyac yoxdu. Hər şey göz qabağında idi. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Oyun intizamı da pozulmadı. Komanda son dəqiqələrə qədər mübarizə apardı. Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram”.
