3 noyabr 2012 17:52
Mahmud Qurbanov: Nəticəni məqbul saymaq olar
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 12-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Heyətdəki itkiləri nəzərə alsaq, nəticəni məqbul saymaq olar. Zədəlilərimiz çox idi. Nikolay Svejentsev meydana ağrıkəsici iynə ilə çıxmışdı, amma bunun köməyi olmadı. Nəticədə 3-cü dəqiqədə onu əvəzləmək məcburiyyətində qaldıq. Oyunu əks-hücum üzərində qurmuşduq. Rəqibin hücumlarının qarşısını ala bildik. Ucaboy hücumçuların hava ötürməsi zamanı səylərini nəzərə almasaq, həmlə təşkil etmələrinə imkan vermədik. Qələbə qazanmaq istəyirdik, lakin oyundan bir xalla ayrıldıq. Uşaqların əksəriyyəti təcrübəsizdir, üzərimizdə hələ çox işləməliyik.”
