3 noyabr 2012 11:15
Vaqif Sadıqov: Qarabağın son uğursuzluqları bizi arxayınlaşdırmamalıdı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 12-ci turunun “Qarabağ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” üzərində ilk dövrədə qazandığımız qələbəni unutmağımız lazımdı. Çünki bu rəqibimiz həmişə təhlükəli rəqib olaraq qalmaqdadı. Ağdam klubunda yaxşı futbolçular var. Hansı ki, hər an matçın taleyini həll etməyə qadirdilər. Rəqibin son nəticələri də bizi arxayınlaşdırmamalıdı. Onlar bizim hər səhvimizdən yararlana bilərlər. AZAL yalnız qələbəyə oynayacaq. Bizim üçün hər oyun vacibdi”.
