3 noyabr 2012 11:38
Rubin Bakıda dəstəksiz qalmayacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq Rusiyanın “Rubin” klubu ölkəmizə azarkeşlərini də gətirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisini Azərbayan paytaxtında təxminən 200 azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, “Neftçi” ilə “Rubin” arasındakı oyun noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
